Environment & Heritage

ƏTRAF MÜHİT VƏ İRS

Qonaqlarımız, əməkdaşlarımız və tərəfdaşlarımız üçün innovativ və zəngin təcrübə yaratmağa çalışarkən biz eyni zamanda ətraf mühitin mühafizəsi və qorunması və onun uzunmüddətli davamlılığına töhvə vermək üçün müvafiq biznes təcrübələri yaratmağa səy göstəririk. Bizim səylərimiz aşağıdakı əsas sahələr üzrə cəmlənmişdir:

  • Enerji səmərəliliyi
  • Tullantıların idarə olunması
  • Təhsil və məşğulluq
  • Məsuliyyətli satınalma
  • İrsin qorunması
  • Ekoloji siyasət
READ MORE

Bizim məqsədimiz texniki və iqtisadi səmərəliliyə uyğun olaraq binaların layihələndirilməsi və tikintisindən onların istismarına kimi məşğul olduğumuz hər bir fəaliyyətdə təbiətə qayğı göstərmək üçün müvafiq standarta nail olmaqdır.

Şirkətdəki texniki və idarəetmə fəaliyyətlərinin və əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun və ətraf mühitə minimum təsir göstərməklə və onu maksimal şəkildə qorumaqla həyata keçirmək ABSHERON Hotel Group MMC-nin siyasətidir. Bu siyasət bütün menecerlərə və onların işçilərinə və həmkarlarına birbaşa aiddir, onlar isə öz növbələrində bizim mülkiyyət sahiblərimiz və səhmdarlarımız, o cümlədən, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Məlumdur ki, bütün işçilər hər biri ətraf mühitin keyfiyyətini qorumaqda mühüm rola malikdirlər və Şirkət daima öz əməkdaşlarına ətraf mühiti qorumağa dair məqsədlərini və hər kəsin ayrıca məsuliyyətini çatdırmağa davam edəcəkdir. ABSHERON Hotel Group aktiv şəkildə bu siyasətə uyğun davranmaları üçün işçilərə təlim keçilməsini dəstəkləyir və bunu təmin edir.

Biz həmçinin meydana çıxan riskləri müəyyən edir, müşahidə edir və idarə edirik; layihələndirmə və istehsal proseslərində davamlı inkişafa çalışırıq; məqsədlərimizə dair müştərilərimizi və biznes tərəfdaşlarımızı məlumatlandırırıq və fəaliyyətlərimizin ətraf mühitə potensial təsirləri haqqında cəmiyyət və hökumətə məlumat veririk.

ABSHERON Hotel Group və onun tərəfdaşları ekoloji siyasətimizin səmərəliliyini təmin etmək, o cümlədən, fəaliyyət göstərdiyimiz ölkələrdə tarixi və mədəni irsin qorunması üçün bütün həmkarlarımızın, biznes tərəfdaşlarımızın və qonşu cəmiyyətlərin birgə səylərini yüksək qiymətləndirir. 

Made by Sectorlight
Yuxarı