FƏLSƏFƏMİZ VƏ DƏYƏRLƏRİMİZ

Biz inanırıq ki, xidmət sahəsində insanların münasibətləri onların texniki bacarıqlarından önəmlidir. Bizim əsas dəyərlərimiz aşağıdakı kimidir:

Dürüstlük və hörmət

Dürüstlük və özünəhörmət olduqca vacibdir. Biz peşəkar və şəxsi həyatımızın hər aspektində etik və dürüst davranırıq.

Mənşəyindən, irqindən, cinsindən, dinindən, sosial statusundan və ya hər hansı digər əlamətindən asılı olmayaraq biz bir-birimizə hörmətlə yanaşırıq.

Səriştə və Qürur

Biz açıq fikirlilik dəyərinə və yaşdan və təcrübədən asılı olmayaraq ömür boyu öyrənməyə inanırıq. Biz qürur duya biləcəyimiz unikallıq və üstünlüyə nail olmaq üçün seçdiyimiz istiqamət üzrə usta və səriştəli olmağa can atırıq.

Ləyaqət və Təvazökarlıq

Biz davranışa, münasibətə, istifadə etdiyimiz üsluba, təmkin, ünsiyyət və etdiyimiz hər şeydə ləyaqət və təvazökarlığa dəyər veririk.

Qiymətləndirmə və mükafatlandırma

Biz uğurlarımızı konkret meyarlara görə qiymətləndiririk və insanların qrupa töhfələrini və fəaliyyətini mükafatlandırırıq.

Tərəfdaşlıq

Biz həmkarlarımıza səmimi tərəfdaşlarımız kimi yanaşırıq və biznesin inkişafını və ticari məlumatlılğı dəstəkləyirik.

Biz normal işgüzar sərhədlər xaricində əlaqələr qurmağı arzu edir və insanların öz arzularına çata biləcəyi mühit yaratmağa çalışırıq.

Sosial məsuliyyət

Bizim məqsədimiz davamlı mühitdə innovativ və zəngin təcrübə yaratmaq və cəmiyyətin həyatına müsbət təsir göstərməkdir.

 

Made by Sectorlight
Yuxarı